
Prezident İlham Əliyev Rəvan Həsənovun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Rəvan Vaqif oğlu Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilib.
Qeyd edək ki, Rəvan Həsənov bu təyinata qədər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi idi.