“Tibbi müayinənin pullu olması gərginlik yaratmaz” Hadisə

“Tibbi müayinənin pullu olması gərginlik yaratmaz”

"Yeni hazırlanan "Ümumi təhsil haqqında" qanun layihəsi müzakirə edilən zaman təklif edilən özəl təhsil müəssisələrində də təhsil alanların tibbi müayinəsinin ödənişsiz həyata keçirilməsi məqsədəuyğun hesab edilməyib"
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib. O bildirib ki, özəl təhsil müəssisələrində təhsil alanlar müəyyən qədər ödəniş edirlər:
"Tibbi müayinənin pullu olması gərginlik yaratmaz. Çünki bu, simvolik bir vəsaitdir. Bu baxımdan təklif qanuna daxil edilməyib".
Komitə sədri xatırladıb ki, repetitorların qarşısını almaq üçün müəllimlərin maaşının artırılması məsələsi qaldırılmışdı: "Əməkhaqqı Prezidentin sərəncamı ilə artırılır. Ardıcıl olaraq təhsil işçilərinin əməkhaqqı artırılır. Bu istiqamətdə sosial yönümlü siyasət həyata keçirilir. Qanunda olan təmayüllü qrupların yaradılması repetitorlarla mübarizədə bir variantdır".