Astaranın mərkəzi bazarında yanğın Hadisə

Astaranın mərkəzi bazarında yanğın

Dünən Astara rayonunun mərkəzi bazarında yanğın baş verib. Fövqəladə Hallar nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsindən APA-ya verilən məlumata görə, yanğın saat 15.00-da başlayıb.
Astara rayonunun mərkəzi bazarında baş verən yanğının söndürülməsinə xeyli sayda yanğınsöndürən cəlb edilib.
Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb edilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən 4 yanğınsöndürən maşın və canlı qüvvəsi gəlib.
Yanğının əhatə dairəsi genişləndiyindən köməyə Lənkərandakı Yanğından Mühafizə Hissəsindən də daha bir yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Yanğın lokallaşdırılıb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.