8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
19 Noyabr 2019 16:45
2 653
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamın mətnini təqdim edirik:
1. Otuz beş min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.