26 Dekabr 2019 12:09
1 729
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşları müəssisənin Mingəçevir şəhərindəki elmi-təcrübə stansiyasının ərazisində 200 ağac əkiblər.
Zoologiya İnstitutundan bildirilib ki, bununla da, ümumilikdə dekabrda institut əməkdaşları tərəfindən əkilən ağacların sayı 2 minə çatdırılıb.
İnstitutun əməkdaşları, həmçinin stansiyanın ərazisində süni yaradılmış göllərdə balıqların yetişdirilmə şəraiti və qaydaları ilə tanış olublar.
19:29
322
18:45
602
18:44
616