DSMF-nin sədri İsmayıllıda qəbul keçirəcək Hadisə

DSMF-nin sədri İsmayıllıda qəbul keçirəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev sentyabrın 17-də, saat 11:00-da İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İsmayıllı, Qəbələ, Oğuz, Göyçay və Ucar rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
İsmayıllı rayon şöbəsində (02028) 5-31-48
Qəbələ rayon şöbəsində (02420) 5-06-98
Oğuz rayon şöbəsində (02421) 5-34-73
Göyçay rayon şöbəsində (02027) 4-61-35
Ucar rayon şöbəsində (02021) 3-01-17
Qəbulda iştirak edəcək vətəndaşların sentyabrın 17-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.