FHN Akademiyasında “Bilik Günü” Hadisə

FHN Akademiyasında “Bilik Günü”

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında "Bilik Günü" münasibətilə mərasim keçirilib.
FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasim iştirakçıları Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar.
Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti, kursantları və valideynlərinin iştirak etdiyi mərasimdə FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov məruzə edib. Natiq bildirib ki, açılışında prezident İlham Əliyevin iştirak etdiyi FHN Akademiyasının binası növbəti tədris ilində yeni kursantları qəbul edir. Dövlət başçısının qayğısı ilə əhatə olunmuş gənclər bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də zəngin bilik və bacarıqlara yiyələnəcəklər.