11 İyul 18:36
Pakistanın xarici işlər naziri iranlı həmkarı ilə regional gərginliyi müzakirə etdi
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
DÇ-26: Argentina İsveçrə qarşılaşmasından sonra Xulian Alvares oyunun ən yaxşısı adına layiq görülüb
22 Aprel 2020 16:12
2 121
Dövlət İmtahan Mərkəzi “Fərdi inkişafa dəstək” adlı layihəsini təqdim edir. Mərkəzdən verilən məlumata görə, hazırlanan növbəti video psixoloq Martin Seliqmanın rəhbərliyi ilə həyata keçirilən eksperiment haqqındadır: “Öyrənilmiş çarəsizlik”.
Biz həyatda uğursuzluqla qarşılaşdıqda çox vaxt bunun səbəbini araşdırmırıq və özünə inam hissimiz azalır. Bu isə çarəsizlik duyğusunun baş qaldırmasına səbəb olur. Keçmişdə yaşadığımız uğursuzluqların təkrarlanacağını düşünərək yeni cəhdlər etmirik. Ya passiv qalırıq, ya da qətiyyətsiz davranırıq. “Öyrənilmiş çarəsizlik” bizim ən böyük düşmənimizdir.
Lakin biz həyata optimist baxmaqla, səhvlərimizdən nəticə çıxarmaqla və daim yeni cəhdlər etməklə öz həyatımızı müsbət istiqamətdə dəyişə bilərik. Etdiyimiz hər bir cəhd, qazandığımız hər kiçik uğur ümidimizi, inamımızı və bacarıqlarımızı gücləndirir. Eksperimentin nəticələrindən aydın olur ki, uğursuzluqları təhlil etmək, düzgün nəticələr çıxarmaq və yeni cəhdlər etməklə “öyrənilmiş çarəsizliyi” “öyrənilmiş nikbinlik”lə əvəz edə bilərik.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin “Fərdi inkişafa dəstək” layihəsi”çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilir. DİM-in “Facebook” və “Youtube” kanallarında, eləcə də Layihənin “Pozitiv zəka” səhifəsində müxtəlif mövzulara – öyrənmə motivasiyası və modelləri, şəxsi inkişaf, inam, vərdiş, stres və onun idarə olunması, imtahanlara hazırlıq və digər məsələlərə aid videoçarxlara baxa bilərsiniz.
11 İyul 19:21
1 085
11 İyul 16:27
1 288
11 İyul 16:02
1 274