Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
24 Aprel 2020 14:23
1 883
Səbinə Əliyeva: “İstilik təchizatındakı problemlər uşaqların səhhətinə mənfi təsir göstərir”
“Ötən il insan hüquqlarının etibarlı və səmərəli müdafiəsi baxımından uğurlu olub”. Bunu Milli Məclisin plenar iclasında Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini (2019-cu il) təqdim edərkən bildirib. O deyib ki, Ombudsmana daxil olan müraciətlərə baxılıb, cavablandırılıb: “Ombudsman müvafiq təklifləri təqdim edib. Əlilliyin qiymətləndirilməsi ilə bağlı təklif də həllini tapmalıdır”. Səbinə Əliyeva diqqətə çatdırıb ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar da nəzərə alınaraq, pulsuz dərman siyahıları yenidən nəzərdən keçirilməlidir: “Araşdırmalar göstərir ki, məktəbəqədər təhsil müəssisələrdə yerlər yetərincə deyil. Məktəbəqədər hazırlığa getməyən uşaqların birinci sinfə qəbuluna mane yaradılmasa da, bu sahədə problemlər var. Respublikanın müxtəlif şəhər və rayonlarında çoxsaylı məktəb tikilib. Bununla yanaşı, hazırda həm paytaxtda, xüsusən bölgələrdə, kəndlərdə bəzi məktəblər təhsil üçün yararsızdır. İstilik təchizatındakı problemlər də uşaqların səhhətinə mənfi təsir göstərir”. S.Əliyeva Bakıda sənədsiz evlər, o cümlədən yeni tikilən binalarda kommunal xidmətlərdə bağlı problemlərə də toxunub: “Hər hansı tikilinin qanunsuz olması yalnız məhkəmə qərarı ilə müəyyənləşə bilər. Vətəndaşa məxsus hər hansı tikilinin, o cümlədən torpağın qanunsuz alınması yolverilməzdir”.
15 Noyabr 16:55
1 750
14 Noyabr 19:54
2 177
14 Noyabr 19:10
2 303