Ötən il ƏƏSMN-in qurumlarında 21,5 mln. manat vəsait itkisi aşkarlanıb Hadisə

Ötən il ƏƏSMN-in qurumlarında 21,5 mln. manat vəsait itkisi aşkarlanıb

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumlarda daxili nəzarət, audit və inventarlaşma tədbirləri həyata keçirilib.
Bu barədə Nazirliyin 2019-cu il hesabatında məlumat verilib.
Qeyd edilib ki, bu tədbirlər nəticəsində 21,5 mln. manat vəsait itkisi aşkar olunub, onlardan 7,1 mln. manatı bərpa olunub, 14,4 mln. manatının tutularaq bərpa edilməsi üçün tədbirlər görülüb.
Bu hallarla bağlı 556 nəfər barəsində intizam tənbeh tədbiri görülüb, cinayət tərkibi ehtimal olunan 28 xidməti araşdırma üzrə materiallar Baş Prokurorluğa təqdim olunub.