Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət virtual sərgi Hadisə

Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət virtual sərgi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə keçirilən paytaxt məktəblilərinin əl işlərindən ibarət virtual sərgi davam edir.
BŞTİ-dən bildirilib ki, sərginin əsas məqsədi yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, məktəblilərə Vətənə, dövlətçilik tariximizə və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev irsinə məhəbbət, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, onların bədii-estetik zövqünü və yaradıcı düşüncəsini inkişaf etdirməkdir.
Qeyd edək ki, hər il Ulu Öndərin anadan olmasının ildönümü ərəfəsində BŞTİ tərəfindən təşkil olunan ənənəvi sərginin bu il mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq, virtual keçirilməsi qərara alınıb. Sərgidə iştirak etmək istəyən şagirdlərin əl işləri məktəb direktorları tərəfindən [email protected] elektron poçt ünvanına göndərilə bilər. BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəbləri şagirdlərinin və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin əl işləri idarənin rəsmi internet saytı və sosial şəbəkə səhifələri vasitəsilə sərgilənir. Sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi-texniki və dizayn sahələrindən ibarət əl işləri nümayiş olunur. Virtual sərginin mayın 10-dək davam etdirilməsi nəzərdə tutulur.