Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
11 İyun 2020 18:00
2 268
Ancaq səfər edəcək sərnişinlərin Heydər Əliyev Beynəlxalq Aeroportuna daxil olmasına icazə veriləcək.
Bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.
Onun sözlərinə görə, sərnişinlər tibbi maska taxmalıdır, tibbi maskası olmayan sərnişinlərə isə tibbi maskalar təqdim ediləcək: “Terminala girişdə 37,5 temperaturu olan sərnişinlər aeroporta buraxılmayacaq. Terminala giriş sosial məsafə gözlənilməklə həyata keçiriləcək. Sərnişinlərin baqajı dezinnfeksiya olunacaq və üzərinə bunu təsdiqləyəcək nişan vurulacaq. Sərnişinlərin hava gəmisinə daxil olması sonuncu sıradan başlayacaq”.
AZAL-ın vitse-prezidenti qeyd edib ki, sərnişinlər hava gəmisinə daxil olarkən ekipaj onlara tibbi maska, əlcək və fərdi qoruyucu vasitəsi təqdim edəcək: “Tualet kabinələrinə getmək istisna olmaqla, uçuş müddətində sərnişinlərin salonda gəzməsinə icazə verilməyəcək. Sərnişinlərə birdəfəlik yemək ləvazimatı, birdəfəlik qulaqlıq veriləcək. Planşet və digər ləvazimatlar təqdim olunmayacaq. Sərnişinlərdən birində COVID-19 aşkarlananda, o, sərnişin hava gəmisinin arxasındakı hissəyə yerləşdiriləcək”.
22 Sentyabr 19:59
840
22 Sentyabr 19:21
791
22 Sentyabr 18:04
784