“Bu, Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyinin önəmini bir daha göstərir”
Mərkəzi Bank və Dünya Bankı maliyyə sektorunun dayanıqlılığını müzakirə edib
Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb
161 saylı tam orta məktəbin şagirdləri velosiped yarışında fərqləndilər
Azərbaycanda qüvvədə olan akkreditasiya attestatlarının sayı açıqlanıb
3 İyul 2020 18:24
2 198
Koronavirusla bağlı artıq serioloji testlərin tətbiqinə başlanılıb.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyinin (TƏBİB)İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, bəzi şəxslərdə yuxarı test yoxlamasında bu virus aşkarlanmır: "Bu çox təhlükəlidir. Bunun nəticəsi isə xəstəliyi olan şəxslərin evdə özünü müalicə etməsinin nəticəsidir. Belə hallarda xəstəlik ağırlaşır və ağciyərdə buz şüşə yaranır. Bu halda isə müalicə çətinləşir. Hətta həkimlərimiz arasında da bu prosesə rast gəlinir".
Ramin Bayranlı bildirib ki, artıq serioloji testlərin tətbiqinə başlanılıb: "Artıq bu üsula keçmişik. Hazırda həkimlər bu testlərdən keçməyə başlayıb".