Ukraynanın Vinnitsa şəhərində partlayışlar olub
16 Oktyabr 17:33
16 Oktyabr 17:33
16 Oktyabr 14:33
XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub
Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb -FOTO
8 İyul 2020 12:00
2 163
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş şəhər sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad şəhər sakini R.Əliyevə Covid-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, şəhərdəki ət satışı məntəqələrindən birində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.
Covid-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb. Onun barəsində toplanmış materiallar müvafiq qərar qəbul olunmasından ötrü Cəlilabad RPŞ-nin istintaq bölməsinə verilib.