Ermənistandan siyasi iradə gözləyirik - Bayramov
5 Dekabr 19:46
5 Dekabr 19:46
5 Dekabr 14:13
5 Dekabr 12:57
4 Dekabr 23:28
Bu gün Səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu tərəfindən Azərbaycanda COVID-19-a qarşı cavab və müzakirə tədbirləri çərçivəsində qiymətləndirici missiya ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, missiyanın məqsədi ölkədə mövcud vəziyyətin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsidir. Qarşılıqlı anlaşma şəraitində keçən toplantıda Azərbaycanda hazırkı vəziyyət və COVID-19 infeksiyasına qarşı görülən tədbirlər müzakirə edilib.
Missiya paytaxtla yanaşı, Şamaxı və Gəncə şəhərlərində də epidemioloji qiymətləndirmə aparılmasını planlaşdırır. Səhiyyə naziri bu işlərə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərinin də iştirakını qonaqlara tövsiyə edib.
Həmçinin görüşdə cari sanitar-epidemioloji vəziyyət, xəstəxana daxili infeksiyalara nəzarət, xəstəliyin artma mexanizmi, xroniki gediş və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, toplantıda Səhiyyə nazirinin müavini Nigar Əliyeva, Respublikanın baş dövlət sanitar həkimi, nazir müavini Viktor Qasımov, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samir Abdullayev, Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin rəhbəri Hande Harmancı, missiyanın rəhbəri - David Novillo Ortiz, missiyanın üzvləri Şahin Hüseynov, Elza Maria Neqro Calduç, Olqa İjık, Cetri Reqmi və başqaları iştirak ediblər.