"Sabah"ın Avropa Liqasındakı rəqibi də bəlli oldu İdman

"Sabah"ın Avropa Liqasındakı rəqibi də bəlli oldu

"Sabah"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib.

Bakı klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orxus" komandasına məğlub olsa, Avropa Liqasının pley-offunda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də baş tutacaq.