İsraildə səfərbərlik üzrə fövqəladə vəziyyət sentyabrın 30-dək uzadıldı Dünya

İsraildə səfərbərlik üzrə fövqəladə vəziyyət sentyabrın 30-dək uzadıldı

İsrail parlamentinin (Knesset) Xarici İşlər və Müdafiə Komitəsi hökumətin hərbi səfərbərliklə bağlı fövqəladə vəziyyət rejiminin sentyabrın 30-dək uzadılması barədə müraciətini təsdiqləyib.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

Qərar İsrail ordusuna maksimum 240 min ehtiyatda olan hərbçini xidmətə çağırmaq səlahiyyəti verir.

Qeyd edilib ki, Qəzza zolağında müharibə başlayandan bəri ehtiyat qüvvələrin səfərbərliyinin uzadılması ilə bağlı qərarlar mütəmadi olaraq, bir neçə aydan bir təsdiqlənir.