"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
25 Avqust 2020 12:28
1 869
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti arasında görüş keçirilib.
ASK-dan verilən məlumata görə, görüş Dövlət Xidməti ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, sahibkarların maarifləndirilməsi və digər məsələlərin müzakirə edilməsi məqsədini daşıyıb.
Video-konfrans formatında keçirilən görüşdə sahibkarları maraqlandıran məsələlərə toxunulub.
Dövlət satınalmaları sahəsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün satınalmalar prosesində bərabər imkanların yaradılması, istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsi, istehlak bazarına nəzarət, süni qiymət artımı ilə mübarizə, haqsız rəqabətin qarşısının alınması, standartlaşdırma, meteorologiya və s. istiqamətlərdə qanunvericiliklə müəyyən edilmiş kompleks tədbirlərin görüldüyü vurğulanıb. Bildirilib ki, yeni normativ hüquqi sənədlərin hazırlanması və bəzi qanunların təkmilləşdirilməsi üzərində ciddi işlər aparılır.
Görüşdə qurumlar arasında İkitərəfli Əməkdaşlıq Şurasının yaradılması təklif edilib və bu məsələnin müzakirə edilməsi qərara alınıb.
28 Sentyabr 20:24
693
28 Sentyabr 18:55
763
28 Sentyabr 18:53
679