Yaponiyada radioaktiv su sızması baş verib
23 Dekabr 16:18
23 Dekabr 16:18
23 Dekabr 12:49
23 Dekabr 11:39
31 Avqust 2020 12:08
1 323
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Siyəzən, Xızı, Şabran, Xaçmaz, İsmayıllı, Qəbələ və Oğuz rayonlarında davam etdirib.
Nazirlikdən verilən məlumata görə, həmin 7 rayon üzrə 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 896 reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq onlara təqdim edilib.
Bir sıra əlilliyi olan şəxslərin isə yaxın günlərdə reabilitasiya vasitələri ilə təmin edilmələri üçün müayinələri aparılıb və onlardan müvafiq ölçülər götürülüb.
Ümumilikdə bu ilin ötən dövründə Protez-Ortopedik Bərpa Mərkəzi 1000-dən artıq əlilliyi olan şəxsə səyyar formada xidmətlər göstərib. Ehtiyac duyduqları 3764 reabilitasiya vasitəsi onlara yaşadıqları rayon və şəhərlərə, bir qisminə evlərinə aparılaraq təqdim edilib.
23 Dekabr 21:40
1 001
23 Dekabr 19:21
1 204
23 Dekabr 19:19
1 085
- FOTO
- FOTO