“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
9 Sentyabr 2020 18:16
3 325
İctimai iaşə müəssisələrində xidmətlərin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, kafe-restoranlarda, mehmanxanaların və təhsil müəssisələrinin nəzdindəki ictimai iaşə sahəsində əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir.
İaşə məkanının giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir. Müəssisə daxilində 2 metrlik sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir.
Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafənin isə 2 metrdən az olmaması şərtdir. Eyni zamanda, hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə müəssisəyə müştəri qəbulu ilə bağlı məlumatlar öz əksini tapmalıdır.
İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.
Həmçinin masalarda ümumi istifadədə olan duzqabı, istiotqabı, salfetqabı kimi əşyalar əvəzinə tək istifadəlik duz, istiot, salfet və digər məhsullar qoyulmalıdır. Hər bir masada əllərin mütəmadi dezinfeksiyası üçün vasitələr mütləq olmalıdır.
Bununla bağlı olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti qurumlarla birlikdə mütəmadi olaraq maarifləndirici monitorinqlər keçirir. Monitorinqlər zamanı sahibkarlıq subyektlərində metodiki göstərişlərin tələblərinə əməl edilməsi vəziyyəti öyrənilir, sahibkarlara Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələbləri izah edilir.
1 Noyabr 17:46
1 827
1 Noyabr 14:21
1 827
31 Oktyabr 20:55
2 247