Abel Məhərrəmov gileyləndi Hadisə

Abel Məhərrəmov gileyləndi

"Yataqxanası olmayan universitetin hansı reytinqindən danışmaq olar?"

"Dünyada universitetlərin reytinqi müəyyənləşdirilərkən orada yataqxanaların olması da mütləq nəzərə alınır".
Bunu 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin parlament komitələrinin birgə iclasında müzakirə zamanı millət vəkili, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhhərəmov deyib. Onun sözlərinə görə BDU-da 21 min tələbə təhsil alır, 4 minə yaxın isə müəllim heyəti çalışır: "Ancaq bu gün universitetin bir nəfərlik də olsun yataqxanası yoxdur. Yataqxanası olmayan universitetin hansı reytinqindən danışmaq olar? Hesab edirəm ki, artıq universitetlərin yataqxanalarla təmin olunması məsələsi öz həllini tapmalıdır".