Cevdet Yılmaz: Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini tezliklə həyata keçirməliyik
Türkiyə vitse-prezidenti: Şuşa Bəyannaməsi ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəlib
Amnistiya aktının icrası Ədliyyə Nazirliyinin Probasiya Xidmətində davam edir
Vitse-prezident: Türkiyə Azərbaycan kimi uğurlu COP keçirmək istəyir
12 Oktyabr 2020 10:47
1 519
İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda ordumuzun düşmənlə müharibədə əldə etdiyi şanlı qələbələrin fonunda polis əməkdaşları da cəbhəyanı bölgələrdə çətin və şərəfli xidmətlərini uğurla davam etdirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, polis əməkdaşları və Daxili Qoşunları hərbi qulluqçuları ölkə ərazisində elan edilən hərbi vəziyyət, vətəndaşların təhlükəsizliyi, ictimai-asayişi təmin etmək istiqamətində 24 saat xidmət aparırlar. Ölkəmizdə komendant saatının tətbiq edilməsi ilə əlaqədar cəbhə bölgəsini əhatə edən rayonlarda postlar qurulub. Polis əməkdaşlarının vətəndaşların təhlükəsizliyi, ictimai-asayişi təmin etmək istiqamətində fəaliyyəti cəbhə bölgəsinin sakinləri tərəfindən rəğbətlə qarşılanır. Ordumuzun cəbhədəki uğurlarından ruhlanan sakinlər Azərbaycan əsgərinin qələbəsinə əmindirlər.


