Emin Əmrullayev: Peşə məktəblərinə qəbul sayı iki dəfə artıb
Nazir: Yaxın vaxtlarda müəllimlərin ikinci dəfə sertifikasiya prosesinə başlanılacaq
Müəllimlərin vahid geyim forması ilə bağlı bu günlərdə yeni qaydalar qüvvəyə minəcək
Növbəti tədris ilində süni intellektlə bağlı tədbirlər genişləndiriləcək
12 Oktyabr 2020 12:45
1 673
AMEA-nın Azad Həmkarlar İttifaqı bir neçə ölkənin Elmlər Akademiyalarının Həmkarlar İttifaqlarına müraciət edib.
Trend-in məlumatına görə, AMEA-nın Azad Həmkarlar İttifaqı Rusiya Federasiyası, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistan respublikalarının Elmlər Akademiyalarının Həmkarlar İttifaqlarına Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda Ermənistan Respublikası ilə apardığı müharibə ilə bağlı müraciət edib.
Müraciətdə qeyd edilir ki, Ermənistan ərazisindən Azərbaycanda yaşayan dinc əhali raket atəşinə tutularaq qətlə yetirilir. Ermənistandan fərqli olaraq isə Azərbaycan yalnız həmin atəşin açıldığı hərbi nöqtələri məhv edir. Bununla yanaşı, Ermənistan tərəfindən başqa dövlətlərdən gətirilmiş döyüşçü və muzdlular döyüşür.
Müraciətdə bütün elmi və yaradıcı ziyalı dairələrinə, bütün sağlam düşüncəli insanlara dövlətimizin ərazisində baş verənlərə biganə qalmamaları xahiş edilir.
15:51
329
15:51
343
15:51
343