Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
16 Oktyabr 2020 13:08
2 093
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlar üçün bildiriş yayıb.
İdarədən Trend-ə daxil olan bildirişdə qeyd edilir ki, “Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il fərmanı ilə Respublikanın bütün ərazilərində 2020-ci il 28 sentyabr tarixi saat 00:00-dan hərbi vəziyyət elan edilmiş, həmçinin həmin fərmana əsasən, Respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq olunur: "Qeyd olunan dövr ərzində Ermənistan tərəfindən ölkədəki sabitliyi, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsdi ilə terror və təxribatlar törədilməsi ehtimalı ilə bağlı dövlət təhlükəsizliyi orqanlarına məlumatlar daxil olub.
Bununla əlaqədar təşvişə düşmədən ayıq-sayıq olmanız, əhalinin sıx cəmləşdiyi ərazilərdə, ictimai nəqliyyatda, eyni zamanda rəhbərlik etdiyiniz idarə və təşkilatlarda, həmçinin mülkiyyətinizdə və istifadənizdə olan nəqliyyat vasitələrində və ətrafında şübhəli şəxslər, bağlamalar və şübhə doğuran hər hansı əşya müşahidə etdikdə dərhal “102” xidmətinə, eləcə də yaxınlıqdakı polis orqanlarına və əməkdaşlarına məlumat verməyiniz xahiş olunur”.
22 Sentyabr 19:59
763
22 Sentyabr 19:21
714
22 Sentyabr 18:04
714