“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
23 Noyabr 2020 11:59
2 359
Erməni vandalizminin növbəti təsdiqi 1993-cü il iyulun 23-dən erməni işğalında olan və xarabalığa çevrilmiş Ağdam şəhəridir.
İşğal nəticəsində 130 minə yaxın Ağdam sakini qaçqın düşüb, 6 minə yaxın sakin şəhid olub. Şəhər, daha doğrusu onun qalıqları 2020-ci il noyabrın 20-də azad edilib.
Ağdam rayonu özünün qida sənayesi və kənd təsərrüfatı ilə tanınırdı, burada çoxlu sayda müəssisə və zavod, tədris müəssisələri, texnikumlar, tibb və musiqi peşə məktəbləri, dram teatrı, 200 filialdan ibarət rayon kitabxana şəbəkəsi fəaliyyət göstərirdi.
Ağdamda Sovet İttifaqının yeganə Çörək muzeyi mövcud idi. 1992-ci il avqustun 12-də ermənilərin atdığı mərmi Çörək muzeyinin fəaliyyətinə son qoyub, muzeyin 1 500-dən çox eksponatı məhv edilib. Bundan başqa, Ağdamın məşhur çay evi və “Qarabağ” futbol klubunun oyunlarını keçirdiyi “İmarət” stadionu dağıdılıb.
İşğal müddətində ermənilər rayon ərazisində qanunsuz arxeoloji qazıntılar aparıb və tapılan eksponatları Ermənistana daşıyıb.
Dağıdılan tarixi abidələr sırasında eramızdan əvvəl 2-ci minilliyə aid Üzərliktəpə yaşayış məskəni, 16-cı əsrə aid məbəd, Kəngərli kəndində 14-cü əsrə aid sərdabə və daş abidələr, Xaçındərbənd kəndində 1314-cü ilə aid Qutlu Sarı Musaoğlu məqbərəsi, 18-19-cu əsrlərə aid Qarabağ xanlığının irsi hesab olunan Şahbulaq qalası, xan sülaləsinin sarayı və türbələri yer alır.
1 Noyabr 17:46
1 365
1 Noyabr 14:21
1 386
31 Oktyabr 20:55
1 813






.jpg)