“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
9 Dekabr 2020 12:14
1 869
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankını təqdim edir.
KİVDF-dən "Xalq cəbhəsi" qəzetinə verilən məlumata görə, “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı” dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən layihələrin elektron qaydada həyata keçirilməsini təmin etmək üçün yaradılıb.
“Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı” media subyektləri və nümayəndələri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu arasında müsabiqələrə dair elektron informasiya mübadiləsini təmin etməklə sürətli və operativ fəaliyyətin həyata keçirilməsinə zəmin hazırlayacaq, bu sahədə elektron informasiya mühitini formalaşdıracaq.
Müsabiqələrin təşkili, müraciət üçün tələb edilən sənədlərin qəbulu, müraciətlərə baxılması və nəticələrin elan edilməsi prosesində səmərəliyinin artırılması, Fond tərəfindən həyata keçirilən layihələrin yerinə yetirilməsi və həmin layihələr üzrə hesabatların təqdim edilməsi prosesinin sadələşdirilməsi, informasiya mübadiləsinin tamlığının və etibarlılığının təmin edilməsi “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”nın əsas məqsədlərindəndir.
“Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı” regionlarda fəaliyyət göstərən kütləvi informasiya vasitələri və jurnalistlərin də layihələrə müraciətini asanlaşdıracaq, bu prosesin daha əlçatan və çevik formada həyata keçirilməsinə şərait yaradacaq. Elektron informasiya bankına mib.kivdf.gov.az linkindən və ya kivdf.gov.az saytından istifadə etməklə daxil ola bilərsiniz.
1 Noyabr 17:46
1 456
1 Noyabr 14:21
1 470
31 Oktyabr 20:55
1 897