“Çindən gələn yüklərin Azərbaycandan keçməsi çox fayda verəcək”
Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarılmasına aydınlıq gətirilib
Rütte: NATO və ABŞ Kiyevə təhlükəsizlik zəmanətləri verməyə hazırdır
Azərbaycanla Sent-Vinsent və Qrenadin arasında siyasi məsləhətləşmələr üzrə protokol imzalanıb
18 Yanvar 2021 14:15
1 883
Pandemiya ilə əlaqədar dövlət qurumlarında çalışan işçilərin say həddinin 30 faizədək azaldılması, digər əməkdaşların məsafədən iş rejimində çalışması ilə bağlı müddət uzadılıb.
Bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Artıq Nazirlər Kabineti dövlət qurumlarına bununla bağlı müvafiq qaydada məktub göndərib. Nazirlər Kabinetinin müvafiq tövsiyəsinə qədər bu qayda qüvvədə qalacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixli qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.