Vardanyan məhkəmədə Füzulinin şeirini, Hüseyn Cavidin poemasını oxuduğunu deyib
Prezident İlham Əliyevin Ceyms Devid Vens ilə geniş tərkibdə görüşü başlayıb
Prezident İlham Əliyevin Ceyms Devid Vens ilə məhdud tərkibdə görüşü başlayıb
Bakıda Amerika Birləşmiş Ştatlarının Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub
19 Yanvar 2021 13:50
1 659
Qaxın dağlıq ərazilərinə 35 santimetr hündürlüyündə qar yağıb.
Bu barədə Trend-ə Qax rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, qar ötən gecədən yağmağa başlayıb:
"Ötən gecə saat 01 radələrində şəhərdə yağmağa başlayan yağış daha sonra qara çevrildi. Hazırda şəhərin özündə qarın hündürlüyü 5 santimetrdir. Dağlıq ərazilər olan İlisuda qarın hündürlüyü 25, Sarıbaş kəndində isə 35 santimetr təşkil edir".
Qarın yağması ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirilib, şəhər yolları qardan təmizlənib.