Dövlət icra məmuru olmaq istəyənlərlə söhbət mərhələsnin vaxtı açıqlanıb
Hikmət Hacıyev: Süni intellekt və sosial medialar real həqiqətin tapılmasını çətinləşdirir
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib - YENİLƏNİB
Hikmət Hacıyev: Ən birinci məqam xalqlar arasında etimad və barışığın bərpa edilməsidir
11 Fevral 2021 13:08
1 484
Həm paytaxt, həm də regionlarda yaşı 65-dən çox olanların peyvənd olunması onların qeydiyyatda olduğu poliklinikalarda aparılır.
Bunu Trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, insanlar növbəlilik prisnipinə əməl etməklə poliklinikalarda peyvənd oluna bilərlər.
N.Mustafayeva qeyd edib ki, 65 yaşlı şəxslər internet üzərində görüş saatı müəyyən edərək poliklinikaya müraciət edə bilər:
“Ancaq bu, o demək deyil ki, görüş saatı almadan peyvənd oluna bilməzsən. Şəxs peyvənd olunmaq üçün poliklinikaya telefonla zəng edərək gedə bilər. Poliklinikaya birbaşa gedənlər də geri qaytarılmayacaq. Amma görüş saatını müəyyən etmək həm tibb işçiləri, həm də peyvəndə görə müraciət edən şəxsi üçün rahat olacaq".