Gələn il bağçalarda valideyn-dövlət-özəl tərəfdaşlığına cəlb edilən uşaqların sayı 12 minə çatdırılacaq Hadisə

Gələn il bağçalarda valideyn-dövlət-özəl tərəfdaşlığına cəlb edilən uşaqların sayı 12 minə çatdırılacaq

"Gələn il 12 min uşağı özəl sektorun inkişafı ilə məktəbəqədər təhsilə cəlb edəcəyimizi düşünürük".

APA xəbər verir ki, bunu Elm və təhsil Nazirinin müavini Kənan Kərimzadə bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin iclasında deyib.

O bildirib ki, artıq 8 min uşaq valideyn-dövlət-özəl tərəfdaşlığına cəlb edilib:

“Dövlət hər bir uşaq üçün özəl məktəbə qədər təhsil müəssisəsindəki təhsil haqqının 70 faizini ödəyir. Növbəti il bu təşəbbüs üçün 37.5 milyon manat nəzərdə tutulub. Biz düşünürük ki, 12 min uşağı özəl sektorun inkişafı ilə məktəbəqədər təhsilə cəlb edəcəyik. 2030-cu ilə qədər olan planımız 30 min uşağı əhatə etməkdir. Maraqlı bir məqam ondan ibarətdir ki, burada ayrılan vəsaitlərin böyük bir hissəsi dolayı olaraq yenidən dövlətə qayıdır. Əgər bu islahatı biz tam olaraq yerinə yetirsək, 18 milyon manat dövlət sosial müdafiə fonduna, 12 milyon manat isə dövlət vergi xidmətinə vergi gəlirləri olaraq qayıdacaq”.