12:10
133
2026-2027-ci tədris ili üçün bakalavriat, magistratura, tibb təhsili və rezidentura üzrə ümumilikdə 38 mindən çox dövlət sifarişli yer müəyyən edilib.
APA xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Azər BayramovMilli Məclisin bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin iclasında deyib.
O bildirib ki, son 5 ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisi təxminən 50 faizə yaxınlaşıb ki, bu də ölkə vətəndaşlarının pulsuz təhsil əlçatanlığının artırılmasına xidmət edir:
“Elmi nəticələrin iqtisadiyyata tətbiqi üçün də stimullar genişləndirilir. 2027-ci ildən texnologiya parklarının rezidentləri üçün tətbiq olunacaq 20 illik vergi güzəştləri paketi elmi işləmələrin istehsala çevrilməsinə əlavə stimul verəcək. Vençur fondları və kraudfandinq üçün yaradılmış hüquqi çərçivə isə innovativ layihələrin investor kapitalı ilə maliyyələşdirilməsinə imkan verir”.