“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
12 Fevral 2021 14:27
1 477
Pandemiya dövründə qəbul edilən qaydaların icrası praktiki olmadığından müəssisələrə külli miqdarda cərimələr yazılıb.
“APA-Economics”in məlumatına görə, bunu “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda çıxış edən Qida və içki sənayeçilər assosiasiyasının sədri Emin Dostiyari deyib.
Onun sözlərinə görə, bu cərimələrin silinməsi üçün sahibkarlar tərəfindən İqtisadiyyat Nazirliyinə müraciət olunub.
Assosiasiyasının sədri həmçinin paytaxtda fəaliyyət göstərən ictimai iaşə obyektlərinə tətbiq olunan vergi güzəştlərinin cari ilin sonunadək davam etdirilməsi ilə bağlı nazirliyə sahibkarlar adından müraciəti ünvanlayıb: “Bakıda illik 100 min manat dövriyyəsi olan ictimai iaşə obyektlərində sadələşdirilmiş vergi faizi 8% təşkil edirsə, bu faiz müvəqqəti olsa da 4%-də endirilib. Sahibkarlar bu faiz dərəcəsinin mövcud şərait səbəbindən 2021-ci ildə də qalmasını rica ediblər. Bu, onların normal “ayaqda qalmaları” üçün olduqca önəmlidir”.
12:03
567
19 Sentyabr 12:36
1 022
18 Sentyabr 21:11
1 183