Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
19 Fevral 2021 19:10
5 124
Banqladeşin Fransadakı Səfirliyinin təşəbbüsü, bu səfirliyin və UNESCO-nun Katibliyinin birgə təşkilatçılığı ilə qurumun baş qərargahında fevralın 21-də “Beynəlxalq Ana Dili Günü” qeyd ediləcək. COVID-19 pandemiyasına görə virtual formatda keçiriləcək “Ana Dili Günü”ndə Azərbaycanın qurumdakı Daimi Nümayəndəliyi tərəfindən Azərbaycan dilinə həsr edilmiş video təqdim olunacaq.
Videotəqdimatda Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı müvafiq Sərəncama uyğun olaraq UNESCO yanında daimi nümayəndəliyimiz tərəfindən hazırlanan tədbirdə XII əsrdə yaşayıb yaratmış Azərbaycanın dahi şairi Nizami Gəncəvi haqqında məlumat verilərək, onun əsərlərindən Azərbaycan və ingilis dillərində parça səsləndiriləcək.
Daimi nümayəndəliyimizin diplomatı Nigar Qurbanova Azərbaycan dili, onun tarixi və inkişafı haqqında ətraflı məlumat verəcək. Təqdimatda Azərbaycan rəqsi təqdim olunacaq. “Ana Dili Günü” münasibəti ilə UNESCO yanındakı daimi nümayəndəliklərin videoformatda hazırladıqları təqdimatlar qurumun internet portalında yayımlanacaq. Daimi nümayəndəliyimiz Azərbaycan dili ilə bağlı hazırladığı fevralın 21-də Bakı vaxtı ilə saat 18:00-də (Paris vaxtı ilə saat 15:00-də) UNESCO-nun portalından yayımlanacaq videotəqdimatı aşağıdakı linkdə izləmək olar: https://www.eventsbangladeshinparis.fr/
Qeyd edək ki, builki “Ana Dili Günü” bayramında 28 ölkə iştirak edəcək.
25 Sentyabr 18:21
1 008
25 Sentyabr 17:17
749
25 Sentyabr 17:16
700