Bərdədə 25 yaşlı oğlan sevdiyi qızın ailəsi tərəfindən yandırılıb Hadisə

Bərdədə 25 yaşlı oğlan sevdiyi qızın ailəsi tərəfindən yandırılıb

Bakı şəhər sakini yanıq xəsarəti ilə Bərdədə xəstəxanaya yerləşdirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Eyvazov Əliəhəd Mehman oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Ə. Eyvazov ilkin ifadəsində sevdiyi qızın ailəsi tərəfdən yandırıldığını bildirib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, Ə. Eyvazova ilkin yardım göstərilib, ailəsi onun müalicənin davam etdirmək üçün Bakı şəhərinə aparıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.