Ölkədə evini tərk edən koronavirus xəstələri ilə bağlı 642 cinayət işi açılıb Hadisə

Ölkədə evini tərk edən koronavirus xəstələri ilə bağlı 642 cinayət işi açılıb

Azərbaycanda koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı nəzarət profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, Daxili İşlər Nazirliyinin əməkdaşları bu məqsədlə yerli icra hakimiyyəti orqanları, eyni zamanda Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi yerli bölmələri ilə tədbirlər görüb. Həmçinin Daxili İşlər Nazirliyi əməkdaşalrının keçirdiyi nəzarət tədbirləri nəticəsində yaşayış yerini bilərəkdən tərk edərək virusun yayılmasına şərait yaradan şəxslərlə bağlı 642 cinayət işi başlanıb.

Bununla yanaşı, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində, Abşeron, Cəlilabad, Masallı, Lənkəran, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonları ərazilərində 175 karantin polis postları quraşdırılıb, 2400 nəfər piyada və patrul marşrutlarında xidmətə cəlb edilib, planşet vasitəsilə 1 milyon 642 min 600 nəfərin məlumatı yoxlanılıb.