8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Demokratik Konqo Respublikasında Eboladan ölənlərin sayı 3 267 nəfərə çatıb
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik"
11 Mart 2021 18:22
2 968
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ölkə ərazisində havanın dəyişəcəyi ilə əlaqədar əhalidən diqqətli və ehtiyatlı olmalarını xahiş edib.
Bu barədə Trend-ə məlumat verən İ.İbrahimova bildirib: “Hamıya məlumdur ki, mart qeyri-sabit keçən aydır, bu ayda dəyişkən hava hadisələri gözləniləndir. Mart ayı üçün xarakterik olan güclü küləyin əsəcəyini nəzərə alaraq vətəndaşlara müraciət edirik ki, ehtiyatlı davransınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, ən əsası, uşaqları küləkli havada nəzarətsiz buraxmasınlar. Çünki güclü külək nəticəsində hətta sağlam, irigövdəli ağacların belə aşma, budaqlarının sınma təhlükəsi var”.
İ.İbrahimova qeyd edib ki, hava şəraiti ilə əlaqədar ictimaiyyətə mütəmadi yenilənmiş məlumatlar təqdim olunacaq.