30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
12 Mart 2021 12:42
1 568
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis idarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Goranboy rayon sakini E.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun kirayədə yaşadığı evə baxış zamanı oradan 2 kiloqramdan artıq heroin götürülüb.