Pensiyalar üzrə təxminən 280 milyon manat əsassız ödənişlər aşkarlanıb - Fond sədri Hadisə

Pensiyalar üzrə təxminən 280 milyon manat əsassız ödənişlər aşkarlanıb - Fond sədri

Əgər vətəndaş pensiyasının dayandırılması barədə inzibati orqanın qərarından narazıdırsa, məhkəməyə müraciət edə bilər. Lakin indiyədək heç bir şəxs pensiya ödənişinin əsassız dayandırılması üçün məhkəməyə müraciət etməyib.

Trend-in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, son 2 il ərzində pensiyalar üzrə təxminən 280 milyon manat həcmində əsassız ödənişlər aşkarlanıb.

“Dövlət Sosial Müdafiə Fondu tərəfindən əsassız olaraq heç kimin pensiyası dayandırılmır. 2018-ci ildən etibarən bu sahədə ciddi iş aparılır. Şəxsin əsassız olaraq pensiya hüququndan istifadə etdiyi aşkarlananda, pensiyanın təyin olunduğu dövrlə bağlı nöqsan aşkarlananda və ya indiki qanunvericiliyə uyğun olmadıqda məbləğlərə düzəliş edilir”.