"ÇINAR" BU DƏFƏ DƏ UĞURLARA IMZA ATDI - FOTOLAR Hadisə

"ÇINAR" BU DƏFƏ DƏ UĞURLARA IMZA ATDI - FOTOLAR

Sankt-Peterburqda fəaliyyət göstərən "Çinar" rəqs ansamblının bu il 23 yaşı tamam olur.

Avrasiya.net xəbər verir ki, Xeyrənsə xanım Mirzəyevanın bədii rəhbərliyi ilə "Çinar" hər il böyük uğurlara imza atmaqla Azərbaycanın zəngin mədəniyyətini dünyada təbliğ edir.

Arıtq 23 il ərzində "Çinar" bölgədə yetərincə tanınıb və geniş auditoriyanın marağına səbəb olub. "Çinar"ın növbəti uğuru isə bu il martın 13-14-də "Qran Pri" və I yeri əldə etməsi olub. "Çinar" Azərbaycan rəqslərini nəinki Rusiya ərazisində, eləcə də dünyanın başqa ölkələrində yüksək səviyyədə təbliğ edir. Ansamblın hər bir çıxışı böyük coşqu və maraqla qarşılanıb.

Elə bir yerli və beynəlxalq tədbir və ya rəqs müsabiqəsi olmayıb ki, "Çinar" ora dəvət almasın. İştirak etdiyi bütün müsabiqələrdə qalib olub.