Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
31 Mart 2021 11:10
2 114
Martın 31-dən təhsil işçilərinin vaksinasiyasının ikinci mərhələsinə başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, vaksinasiya prosesinin növbəti mərhələsində yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətə peyvəndin ikinci dozasının vurulması nəzərdə tutulur. Peyvəndin birinci dozasını qəbul etmiş şəxslərə bu gündən müvafiq məntəqədə növbəti dozanın vurulması təmin ediləcək.
Hər mərkəz üzrə gündə (saat 09:00-dan 15:00-dək, hər saatda 20 nəfər olmaqla) təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur.
Qeyd edək ki, 3 mart 2021-ci il tarixindən paytaxtdakı təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün təşkil olunmuş vaksinasiya prosesi 10 peyvənd məntəqəsində həyata keçirilir.
Onu da qeyd edək ki, koronavirus pandemiyası şəraitində sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.
25 Sentyabr 18:21
1 008
25 Sentyabr 17:17
749
25 Sentyabr 17:16
700


