“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
7 Aprel 2021 14:39
966
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Onlardan Gəncə şəhər sakini R.Sadıqov barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.
Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.
30 Dekabr 2025 18:03
2 205
30 Dekabr 2025 18:01
1 946
30 Dekabr 2025 17:36
2 016