Robert Mobili: "Erməni vandalizmini Xudavəngdə, Ağoğlanda, hər yerdə gördük" Hadisə

Robert Mobili: "Erməni vandalizmini Xudavəngdə, Ağoğlanda, hər yerdə gördük"

“Bu, işğaldan azad edilmiş torpaqlara ilk səfərim deyil, dörd səfərim olub. Bu gün dini konfessiya rəhbərləri birinci dəfə Ağdama səfər edirlər. Şeyxə təşəkkür edirəm ki, işğaldan azad olunmuş Qarabağa, Ağdama gəldik. Qarabağda olan dini abidələrin ermənilər tərəfindən saxtalaşdırılması, İslamla bağlı tarixi abidələrin məhv edilməsi dəhşətlidir”.

Bunu Alban-Udin Xristian İcmasının sədri Robert Mobili bildirib.

O deyib ki, özlərini erməni kilsəsinin nümayəndəsi kimi dünyaya göstərən bir xalq hətta alban xristian irsini məhv edib: “O kilsələri, məbədləri saxtalaşdırıblar. Erməni vandalizmini Xudavəngdə, Ağoğlanda, hər yerdə gördük. Bu gün Ağdamda gördüklərimiz buna bariz nümunə idi. Hər dəfə gələndə biz şəhidlərimizi yad edirik, bu gün də bütün dualar ondan ibarətdir. Allah burada etdiyimiz duaları, namazı qəbul eləsin. Qarabağ bizim üçün doğmadır. Ermənilər müharibəni uduzublar. Azərbaycan Ordusu torpaqları işğaldan azad edib. Amma soyuq müharibə gedir, bunu da bilməliyik. Bu gün də soyuq müharibədə erməni qarşısında yenə də mübarizədəyik. Ermənilərə bir mesaj vermək istəyirəm, guya xristianlar ermənilərlə bir yerdə yaşaya bilməzlər, biz xristianlar azərbaycanlılarla bir yerdə yaşayırıq. Bu gün yəhudilər, xristianlar və başqa dini konfessiyalar bir yerdədir. Azərbaycan gözəl məkandır. Torpaqlar 44 gün ərzində işğaldan azad olundu. Buraları minadan təmizləməyə nə qədər vaxt lazımdır. Ümid edirəm dualarımız eşidiləcək. Bu torpaqlarda bayramlar, tədbirlər keçirək, dini ibadətlər edək. Azərbaycan xalqı tolerant xalqdır, burada multikultural şərait var, bugünkü səfər də bunun bariz nümunəsidir”.