Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
16 Aprel 2021 16:33
4 907
Peşəkarlıqları və yüksək mənəvi keyfiyyətləri ilə həmkarları arasında böyük nüfuza malik olan jurnalistlər – Rüstəm Əbülfətoğlu Əbülfətoğlu Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru, Natiq Məmmədli isə Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri vəzifələrinə təyinat alıblar.
Təyinatla bağlı təəssüratını bölüşən Natiq Məmmədli 25 illik jurnalistlik fəaliyyətində yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyduğunu bildirib: “ Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri kimi fəaliyyətə başlayıram. Bu keçdiyim həyat yoluna, təcrübəmə və peşəkarlığıma göstərilən böyük etimaddır. Yeni düşüncəli, vətənpərvər, intellektual komandanın üzvü kimi bu etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm. Məsuliyyəti dərk etmək və vicdanla çalışmaq – mənim köhnə prinsipimdir, yeni işimdə də ona sadiq qalacağam".
Xatrladaq ki, Rüstəm Əbülfətoğlu daha öncə ANS, “Space” və “Azad Azərbaycan” telekanallarında müxbir, teleaparıcı və baş redaktor vəzifələrində çalışıb.
Natiq Məmmədli isə müxtəlif KİV-lərdə baş redaktorun müavini, baş redaktor və s. vəzifələrdə çalışıb. Mətbuat tarixinə dair araşdırmaların, oçerklərin müəllifidir. Onun təşəbbüsü və redaktorluğu ilə Azərbaycan mətbuat irsinə, ictimai fikir tarixinə dair bir sıra nəşrlər işıq üzü görüb.
Qeyd edək ki, hər iki jurnalistin təyinatı sosial şəbəkələrdə geniş müzakirə olunub və rəğbətlə qarşılanıb.
Fateh
22 Sentyabr 19:59
812
22 Sentyabr 19:21
756
22 Sentyabr 18:04
749