“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
21 Aprel 2021 12:51
2 751
Cənab İlham Əliyev deyirsə ki, Zəngəzur dəhlizi açılacaq, deməli açılacaq. Paşinyan da, Ermənistan da bu fikri qulağına sırğa eləməli və məsələnin ciddiliyini anlamalıdır. Anlamasalar, aqibətləri pis olacaq.
Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat vurğulayıb ki, Ermənistan 10 noyabr razılaşmasının bəndlərinə riayət etmək əvəzinə son günlər yenidən çaşqınlıq yaratmağa çalışır, yenə öz qeyri-ciddiliyini nümayiş etdirir, növbəti dəfə sərsəm-sərsəm iddialarla çıxış edir. Bu terrorçular, təxribatçılar anlamalıdır ki, hətta ən kiçik yanlış belə onlara baha başa gələcək və başları üzərində növbəti dəfə Azərbaycanın dəmir yumruğunu görəcəklər. Bu gün Azərbaycan üçün prioritet məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır:
“Açılacaq bu dəhliz. Açılmalıdır! Başqa alternativ yoxdur. Cənab Prezident İlham Əliyev də öz müsahibəsində qətiyyətlə və aydın şəkildə dedi ki, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. Sadəcə istəsə bu məsələ daha asan həll olacaq, istəməsə isə zorla.
Məncə Ermənistan tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin bu qətiyyətli fikrindən, bəyənatından nəticə çıxarmalıdır. Eyni zamanda anlamalıdır ki, bundan sonra növbəti mərhələlərdə də qeyri-ciddi üslub nümayiş etdirsə, razılaşmadakı bəndlərin öhdəliklərindən yayınsa, cığallıq edərsə, Azərbaycan ona bütün şərtləri, öhdəlikləri Azərbaycan zorla yerinə yetirdəcək.
Ali Baş Komandan İlham Əliyevin çıxışından növbəti fikri sitat gətirmək istəyirəm: “Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpaqlarımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracayıq. Belə də oldu. Zəngəzur dəhlizinin də taleyi eyni olacaq”.
E.Musayev qeyd edib ki, Ermənistan bundan sonra uçurumun daha da dibinə düşmək, yuvarlanmaq istəmirsə spekulyasiyalara, beynəlxalq sektordakı artistliyinə və riyakarlığına son verməlidir: “Cənab İlham Əliyev deyirsə ki, Zəngəzur dəhlizi açılacaq, deməli açılacaq. Paşinyan da, Ermənistan da bu fikri qulağına sırğa eləməli və məsələnin ciddiliyini anlamalıdır. Anlamasalar, aqibətləri pis olacaq”.
1 Noyabr 17:46
1 519
1 Noyabr 14:21
1 519
31 Oktyabr 20:55
1 939