ABA kartdan-karta ödənişlərdə limit məsələsinə aydınlıq gətirib
İran XİN: "Omanla razılaşma olsa da, Hörmüz boğazı dərhal açılmayacaq"
İran ABŞ ilə təmaslarda Pakistanın vasitəçi olaraq qaldığını bildirib
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib
İran Trampın ABŞ ilə danışıqlar aparılması barədə sözlərini təkzib edib
27 Aprel 2021 14:12
2 534
“Azərkosmos” ASC-nin Azərbaycan Respublikasının Kosmik Agentliyinə çevrilməsi dünyada gedən sürətli texnoloji tərəqqidən ölkənin daha çox faydalanması və ölkədə kosmik fəaliyyət sahəsində idarəetmənin təkmilləşdirilməsinə xidmət edəcək.
"APA-Economics" xəbər verir ki, bu barədə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev "Twitter" hesabında yazıb.
Nazir əlavə edib ki, bu Fərman, eyni zamanda, dövlət və ictimai əhəmiyyət daşıyan funksiyaların daha effektiv həyata keçirilməsinə, Azərbaycanın beynəlxalq kosmik layihələrdə iştirakına və beynəlxalq təşkilatlar, xarici dövlətlərin aidiyyəti dövlət və özəl qurumları ilə əməkdaşlığına yeni nəfəs gətirəcək.