İran ABŞ ilə təmaslarda Pakistanın vasitəçi olaraq qaldığını bildirib Dünya

İran ABŞ ilə təmaslarda Pakistanın vasitəçi olaraq qaldığını bildirib

Tehran və Vaşinqton arasında təmasların həyata keçirilməsində yeganə vasitəçi Pakistan olaraq qalır, bu prosesdə yeni iştirakçılar yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai məlumat verib.

"Pakistan İran və ABŞ-yə aid bütün məsləhətləşmələrdə vasitəçidir. Qətər də ehtiyac olduğu hallarda köməklik göstərir", — deyə o, brifinq zamanı bildirib. Baqainin sözlərinə görə, Çin də daxil olmaqla bir sıra digər ölkələr də hərdən kömək edirlər, lakin bu prosesə yeni vasitəçilərin qoşulduğunu demək olmaz.

Məryəm Quliyeva