12:05
308
ABŞ Prezidenti Donald Trampın Tehran və Vaşinqton arasında danışıqlar aparılması barədə bəyanatları yalandır, İran yalnız Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsi məsələsi üzrə Omanla danışıqlar aparır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai məlumat verib.
"Hazırda bizim ABŞ ilə heç bir danışıqlarımız yoxdur. İndi Hörmüz boğazından təhlükəsiz gəmiçiliyi təmin edəcək marşrut üzrə razılığın əldə olunmasına yönəlmiş danışıqlar yalnız Omanla aparılır", — deyə o, mətbuat konfransı zamanı qeyd edib.
Məryəm Quliyeva