12:11
336
İran və Oman arasında Hörmüz boğazından keçən marşrut üzrə razılaşmanın əldə olunması akvatoriyanın gəmiçilik üçün dərhal açıq olacağı demək deyil.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi bəyan edib.
"Hörmüz boğazı vasitəsilə təhlükəsiz gəmiçilik marşrutu haqqında razılaşmanın əldə olunması boğazın açılması üçün zəruri, lakin kifayət etməyən şərtdir", — deyə mətbuat konfransı zamanı o vurğulayıb. Bəqayi əlavə edib ki, Hörmüz boğazının bağlanmasına səbəb Tehran və Maskat arasındakı fikir ayrılıqları değil, ABŞ və İsrailin İrana qarşı təcavüzüdür.
Məryəm Quliyeva