Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
28 Aprel 2021 16:22
1 477
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət himni səsləndirilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə liseyin zabit, kursant və müəllim heyəti, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edib.
Anım mərasimində uzun müddət Cəmşid Naxçıvanski adına hərbi liseydə xidmət etmiş şəhid polkovnik-leytenant Qərib Baxşəliyev haqqında xatirələrdən, onun Vətənə, millətə, dövlətə sadiq olmasından söz açılıb. Şəhid zabitimizin həyatının müxtəlif illərini əhatə edən foto sərgi tədbir iştirakçılarına nümayiş etdirilib.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnı və marşlar səsləndirilib.
Qeyd edək ki, Qərib Baxşəliyev 1977-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Nərimanov rayonunda 84 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. 2020-ci noyabrın 3-də Zəngilan istiqamətində xidməti avtomobilində düşmənə əsir düşməmək üçün silahı ilə özünə başından açdığı atəş nəticəsində şəhid olub.
Şəhidin nəşini yalnız 32 gündən sonra döyüş meydanından götürmək mümkün olub.
Qərib Baxşəliyev II Şəhidlər xiyabanında dəfn olunub.
22 Sentyabr 19:59
833
22 Sentyabr 19:21
777
22 Sentyabr 18:04
770