8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Demokratik Konqo Respublikasında Eboladan ölənlərin sayı 3 267 nəfərə çatıb
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik"
25 May 2021 18:56
4 102
Ermənistanda daha bir əsgərin meyiti tapılıb.
APA-nın xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, bu gün saat 13:00 radələrində 2001-ci il təvəllüdlü əsgər Mher Ovanesyanın meyiti xidmət etdiyi hərbi hissədə tapılıb. O, başından aldığı güllə yarasından ölüb.
Hadisənin necə baş verdiyi araşdırılır.
Xatırladaq ki, bir gün əvvəl Ermənistan Müdafiə Nazirliyi daha bir əsgərin ölümü barədə məlumat yayıb.
Ümumiyyətlə, son vaxtlar Ermənistan Ordusunda intizamsızlıq, “dedovşına”, ölüm halları artıb. Bundan narahat olan valideynlər mütəmadi aksiyalar keçirirlər.
Ermənistan tərəfi isə itkilərini, ordudakı nizam-intizamsızlığı gizlətmək üçün əsgər ölümlərini Azərbaycanla bağlama çalışır. Bu gün də məlumat yayaraq, guya sərhəddə atışma olduğunu, nəticədə Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində bir erməni hərbçisinin öldüyünü açıqlayıb.
Azərbaycan Müdafiə Nazirliyi isə bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmadığını, erməni hərbi qulluqçunun ölümü ilə bağlı insidentin bədbəxt hadisə nəticəsində baş verdiyini, bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı əlaqəsinin olmadığını bəyan edib.